Xəbər veriyimiz kimi, bir az əvvəl Prezident İlham Əliyev Cəbrayıl rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının imzaladığı sərəncamda qeyd olunur ki, Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
 
Unikal.org yeni təyinat alan icra başçısının tərcümeyi-halı ilə bağlı maraqlı informasiya əldə edib. Belə ki, Kamal Həsənov Cəbrayıl rayonun Quycaq Kəndində anadan olub. O, Sovet Dövründə Komsomol katibi vəzifəsində çalışıb.  Son iş yeri isə Mərkəzi Bankda lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsi olub.