Yerusəlimin Xevron küçəsində boş avtobus partlayıb.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 15 nəfər yaralanıb.

Zərərçəkənlərin iki nəfəri ağır vəziyyətdədir. Daha 6 nəfərin aldığı xəsarətlər orta ağır dərəcədədir.

İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfild insidentlə bağlı tədqiqata başlanıldığını bildirib.