Mobil operaorların yersiz sms reaklamları ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib ictimailəşdirilsə də, təəssüflər olsun ki, problem problem olaraq qalır.
Demək olar ki, hər gün sosial şəbəkələrdə mobil operatorlarla bağlı kütləvi narazılığın şahidi oluruq.
Unikal.org bildirir ki, son günlər mediada daha çox tənqidi yazıların mövzusu olan "Bakcellin daha bir qanunsuzluğu insanların narazılığına səbəb olub.
Yəqin ki, yeni fəaliyyətə başlayan klinika, su filtiri satışı ilə məşğul olan firmalardan müəyyən endirim kampaniyaları barədə siz oxuculara da reklam motivli zənglər daxil olur.
Sosial şəbəkələrdə "Bakcell abunəçiləri yazırlar ki, yeni açılan klinikalardan onlara zəng edərək orada müayinə olunmağa dəvət edirlər. İnsanları narahat edən səbəb isə onların nömrələrinin bu kimi klinika və şirkətlərin əlinə necə keçməsidir.
Vətəndaşların iddiasına görə, mobil operator müştəri informasiya bazasını pul müqabilində həmin klinika və firmalara satır. Bunun nə qədər real olub-olmadığını deyə bilməsək də, sözügedən məsələnin abonentlərin hüquqlarının kəskin şəkildə pozulmasıdır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a deyib ki, bu məsələ ilə bağlı dəfələrlə mobil operatorlarla danışıq aparıb: "Təkcə klinikalardan yox, çoxsaylı kampaniyalar və.s. ilə bağlı bu tip zənglər gəlir. Biz bu məsələ ilə bağlı mobil operatorlarla danışıqlar aparmışıq. Onlar deyirlər ki, bütün bunları onların müqavilə bağladığı şirkətlər edirlər. Vətəndaşların nömrəsi və onlar haqqında informasiya şirkətlərə məlum olmamalıdır. Mobil operatorlar istehlakçı hüquqlarını pozub onların nömrələrini həmin şirkətlərə verirlər. Ölkədə korrupsiyaya qarşı tədbirlər başlayandan bəri dövlət orqanları və biznes qurumları korrupsiyadan yayınmaq üçün bu tip MMC-lərlə müqavilələr bağlayıb maddi maraqları olan məsələləri icra edirlər. Bununla da məzuliyyətdən yayınırlar.
Həsən Babayev