"Dünya şöhrətli azərbaycanlı alim, mərhum Lütfi Zadə barəsində artıq-əskik söz danışmaq düzgün deyil".
Bu fikirləri Unikal.org-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib. O vurğulayıb ki, Lütfizadə və bu kimi şəxsiyətlər öz əməkləri, şərəfləri ilə ölkəmizə ad gətiriblər: "Mərhum alim Azərbaycanda olmasaydı belə, azərbaycanlı olması özü ölkəmizə böyük tövhədir.
A.Əlizadə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lütfizadə barəsində səsləndirdiyi fikirlə razılaşmadığını dilə gətyirib: ""O fındıqbaş kişi məni maraqlandırmır fikrini düzgün hesab etmirəm. Amma bilirsəndə bizdə söz azadlığı var. Kim nə istəyir danışa bilər.
Amid Əyyuboğlu