Dağıstanın cənub bölgəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.
 
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə milli antiterror Komitəsinin nümayəndəsi bildirib.
 
Onun sözlərinə görə, hazırda Məhərrəmkənd rayonunda silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: "Antiterror əməliyyatı rejimi gizli fəaliyyət göstərən quldur dəstələri üzvlərinin axtarışı ilə əlaqədar tətbiq edilib".