"Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra "Qarabağ" - "Roma" futbol oyununa bilet aldım.
Unikal.org-un məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində yazıb.
Millət vəkili bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdiyini qeyd edib.
"Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bilet satışını daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular. Satıcı qıza xüsusi təşəkkür düşür, o çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi, - deyə deputat bildirib.