Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski növbəti dəfə sərsəm  açıqlama ilə yadda qalıb. O, Ermənistan və Azərbaycanın Rusiyaya birləşdirilməli olduğunu deyib.

Unikal.org-un məlumatına görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modertor.az-a açıqlamasında bildirib ki, o, Jirinovskini yerində otuzdurmaq üçün Moskvaya səfər etməyi planlaşdırır: 

"Jirinovski qeyri-ciddi adamdır, amma onun son açıqlamaları bütün əndazələri aşmaqdadır. Mən ona dəfələrlə xəbərdarlıqlar etdim. Partiyasına zəng vurdum, amma o, mənimlə dialoqdan qaçdı. Hər dəfə müavinləri, aparat rəhbərləri Jirinovskinin yerinə cavab vedi. Mən artıq bu işin üstünə ciddi düşəcəm. Yaxın vaxtlarda Moskvaya gedərək o, təlxəyin cavabını verməli olacam. Jirinovskinin sözləri Rusiyanın planının bir hissəsidir. O, təlxəyə ideya verənlər içərisində Azərbaycanda olan 5-ci kolon nümayəndələri də var. İlham Əliyevin ABŞ və Türkiyə səfəri, onun bu ölkələrdə etdiyi çıxışları göstərdi ki, biz Qərbyönümlü siyasət həyata keçiririk. Mənim qardaşım İlham Əliyev bu addımına xalqımız tam dəstək verməkdədir. Amma Rusiyadan medal almış bizim bəzi məmurlar təbii ki, prezidentin bu gedişlərindən narahatdırlar. Onları İlham Əliyevin xalq arasında günü-gündən artan nüfuzu çox narahat edir. Jirinovskini danışdıran bizim 5-ci kolon nümayəndələri ona Azərbaycandan 5 ulduzlu konyak, kürü göndərirlər. Bu adamlar hər zaman ölkəmizin vacib məqamlarında bu itin qabağına yal ataraq onu ölkəmizə və Türkiyəyə qarşı hürdürməyə başlayırlar. Moskvadan orden alanların əsas işlərindən biri də odur ki, Jirinovskiyə donos göndərsinlər. Biz Jirinovski kimi qoca itlərə bundan sonra əhəmiyyət verməməliyik. İt hürər, karvan keçər. Jirinovskiyə dəstək verən Azərbaycandakı adamlar bilsin ki, biz onları tanıyırıq. Hamısını tam olaraq nəzarətdə saxlayırıq. Vaxtı çatanda da onlarla bağlı addımlarımızı atacağıq.  Mən nə qədər sağam, xalqımın, prezidentimin yanında, Rusiyadan medal almış satqınların isə qarşısında olacam".