Gecə Bakıda qaldırıcı kran sürücüsünün diqqətsizliyi çox sayda yaşayış evinin işıqsız qalması ilə nəticələnib.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu Yavər Əliyev küçəsində baş verib. Gecə saatlarında məhəllənin kənarında yerləşən özəl şirkətlərdən birinə məxsus qaldırıcı kranın sürücü sözün əsl mənasında sakinləri ayağa qaldırıb. Qarajdan çıxan kran məhəlləni elektrik enerjisi ilə təmin edən xəttləri zədələyib.

Sakinlərin sözlərinə görə, qarajın giriş qapısından məhəllənin çıxışına kimi olan bütün naqilləri özünə dolayan qaldırıcı kran, 5-dən çox işıq dirəyini də əyib. Bu azmış kimi bir neçə abonentin sayğacına da ziyan vurub.

Sakinlərin dediyinə inansaq, kranın sürücüsünün səriştəsizliyinin nəticəsi olaraq, 60-a yaxın ailə işıqsız qalıb. Hətta bir neçə evdə məişət əşyları da, da sıradan çıxıb.