Ağstafa sakini döyülüb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R.Məmmədov həmkəndliləri tərəfindən toy şənliyindən çıxan zaman döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.