ABŞ-ın Deyrizordan helikopterlə daşıdığı İŞİD terrorçularının təyin olunduğu yerlər məlum olub.
Unikal.org "Yeni şəfəq qəzetinə istinadən xəbər verir ki, Pentaqon xüsusi təlim keçmiş terrorçuların bir hissəsini PKK-nın nəzarətində olan Haseke, digər hissəsini isə Kərkükün qərbindəki Havic bölgəsinə köçürüb.
İŞİD ABŞ-ın dəstəyilə Suriya və İraqda işğal etdiyi əraziləri PKK-ya təslim etməyi planlaşdırır. Əgər türk əsgərləri PKK-çıların olduğu Sincarda əməliyyata başlasa, buradakı İŞİD-çilər PKK-nı qoruyacaq.
Qəzetin iddiasına görə, Kərkükün yaxınlığında yerləşən İŞİD-çilər türkmanların sürgününə səbəb olacaq yeni bir xaos əməliyyatına başlayacaq.
Qeyd edək ki, Kərkük Azərbaycan türkləri olan türkmanların tarixi yurdudur.