"Cavier" şirkəti pravoslav və müsəlmanlar üçün yeni "iPhone"u təqdim edib.

Unikal.org lent.az-a istinadən bildirir ki, yeni ixtiranın yaradıcıları hesab edir ki, bu smartfon möminlərin hisslərini təhqir etmir.   

Yeni kolleksiya iki variantda təqdim edilib. "iPhone"un birində Müqəddəs Nikolayın, digərinin üzərində isə Məkkədəki Məscid-ül-Haramın görüntüləri mövcuddur.

Məkkəyə həsr olunmuş telefon isə iki variantda istehsal edilib: platin və qızılı örtüklü telefonlar. Platin örtüklü telefon dini inanclarına görə qızıl istifadə etmək istəməyən müsəlmanlar üçün nəzərdə tutulub. 

Qızılı örtüklü telefonun qiyməti təxminən 2 945 dollar təşkil edir. Onun yaddaş həcmi 64 Geqabayt təşkil edir. 2870 dollara isə analoji əməliyyat yaddaşı imkanlarına malik platin örtüklü smartfon əldə etmək mümkündür.