Geyimi ilə tez-tez gündəmə gələn müğənni Hadisənin illər öncə bir jurnala verdiyi müsahibə yenidən qalmaqala səbəb olub. Daima türk olmaması ilə bağlı gəzən söhbətlərə aydınlıq gətirən Hadisə, türk olduğunu və vətənini çox sevdiyini desə də illər öncə verdiyi müsahibəsində bunların əksini deyib. 

Unikal.org bizimyol.info-ya istinadən bildirir ki, müğənni Hadisə 2011-ci ildə verdiyi müsahibələrindən birində türk olmadığını, belçikalı olduğunu və Türkiyədə pul qazandıqdan sonra Belçikaya  qayıdacağını deyib. Hadisə müsahibəsində öz gələcəyini Belçikada gördüyünü və vergisini də Belçikada verəcəyini deyib.