Ermənistanın sabiq prezidenti Robert Köçəryanın evinə təlim qumbarası atan şəxs ifadə verib.

Unikal.org  APA-ya istinadən bildirir ki, İrəvan sakini, 32 yaşlı Ovanes Muradyan 18 aprel tarixində saxlanılıb.
 
Onun qanunazidd əməl törədərkən olduğu avtomobil aşkarlanıb. O. Muradyan ifadə verib. Avtomobildə axtarış aparılıb. Onun taksi sürücüsü olduğu məlum olub.
 
Xatırladaq ki, aprelin 15-də həmin şəxs R. Köçəryanın evinə tərəf təlim qumbarası atıb.