Prezident İlham Əliyevin sərəncamı ilə erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

Unikal.org prezident.az-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib. 

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər vardır.