"Türkiyə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır".
Unikal.org-un məlumatına görə, bunu Strasburqda AŞPA-nın sessiyasında çıxış edən Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
"Təmas xəttində növbəti dəfə vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi. Beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun Ermənistana onların bir daha belə aqressiv hərəkətlərə yol verməsinin qarşısını almaq məqsədilə təzyiq göstərməsi vacibdir", - deyə Türkiyə baş naziri bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.