Müğənni Roza Zərgərli fotokameramız qarşısına keçib.
Unikal.org-un xəbərinə görə, Axşam.az-a açıqlama verən ifaçı xeyli arıqladığını bildirib:
"Son günlər xeyli arıqlamışam. Ona görə də qara libaslardan az istifadə edirəm. Veriliş çəkilişlərində rəngli paltarlar geyinirəm. Bu gün gecə libası olduğu üçün qaranı seçdim. 84 kiloqram idim. İndi 72 kiloqrama düşmüşəm. Amma bu azdır. Özümə söz vermişəm ki, çox arıqlayacağam. Layihələrim var, dəyişməliyəm. Çox arıq olmağım lazımdır. Pəhriz saxlayıram, vaxtında yatıram".