Uzun fasilədən sonra Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən Şəhidlər məscidi bu gün yenidən istifadəyə verilib.
Unikal.org xəbər verir ki, bu barədə Teleqraf.com-a məsciddə ibadət edənlər məlumat verib.
Məscidin yenidən açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin dini işləri müşaviri və digər səlahiyyətli nümayəndələri, o cümlədən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli iştirak edib, birlikdə ibadət ediblər.
Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məscədin bundan sonrakı fəaliyyətinə birlikdə nəzarət edəcəklər.
Qeyd edək ki, təmir işləri aparıldığı üçün 2008-ci ildən məscidin fəaliyyəti dayandırılmışdı.