Birləşmiş Ştatlar Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunus və tarixçi Arif Yunusa təcili tibbi yardım məqsədi ilə xaricə getmək üçün icazə vermək barədə qərarını "daha bir müsbət addım kimi" alqışlayıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bu gün yaydığı bəyanatda bildirilib.
"Biz qəti surətdə əminik ki, bu, Azərbaycanın, həmçinin Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çox şey verəcək", - deyə bəyanatda qeyd olunub.