Azərbaycanda yumurtanın qiymətinin bahalaşması son günlər medianın gündəm mövzusudur.

Bir neçə ay əvvəl qiyməti 8-10 qəpik arasında dəyişən yumurtanın bir ədədi hazırda 16 qəpiyə satılır.

Unikal.org bildirir ki, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin "Bir Pəncərə İxraca Dəstək Mərkəzi üzərindən Qətərə yumurta ixracı üçün müraciəti müsbət cavablandırılıb. Belə ki, Azərbaycan bu ölkəyə yumurta ixrac edəcək.

Ekspertlərin fikrincə son günlər yumurtanın qiymətinin bahalaşması bununla bağlıdır. Yumurtaya olan tələbatın artması qiymətin bahalaşmasına səbəb olub. Sözügedən məhsulun qiymətinin bir da bahalaşacağı iddia edilir. 

Qeyd edək ki, bir müddət əvvəl yerli bazarda pomidorun da qiyməti bahalaşıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov pomidorun bahalaşmasını Rusiya bazarlarına ixrac ilə əlaqəndirib: "Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir-deyə o bildirib.

Həsən Babayev