2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub.
Bu barədə unikal.org-a Maliyyə Nazirliyindən məlumat verilib.
"Büdcə sistemi haqqında qanuna və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı Nazirlər Kabinetinin 2017-cı il 25 yanvar tarixli sərəncamına uyğun olaraq 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-cı il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub, - deyə məlumatda vurğulanıb.