Müasir Azərbaycan dövlətinin çoxsaylı uğurlarının siyahısına daha biri əlavə edildi.
Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyub, getdiyi müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf etdiyi, çiçəkləndiyi bir zamanda
Ölkədə sonsuz sayda olan təxribatların, çaxnaşmaların, vətəndaş müharibələrinin getdiyi dönəmdə Heydər Əliyevdən savayı sözügedən müqavilənin baş tutacağına inanan ikinci şəxs, demək olar ki, yox idi.
Məhz müdrik siyasətçinin böyük iradəsi hesabına imzanlanmış "Əsrin Müqaviləsi bu gün Respublikamızın dünya ölkələri içərisində tanınmasına və xüsusi yer tutmasına gətirib, çıxardı.
Ötən illər ərzində ölkəmizin sürətli şəkildə inkişafı hərtərəfli olmaqla yanaşı, respublikamızda mövcud olan bütün sahələri əhatə edir. Bu sahələrə - gənclər siyasəti, qaçqınların və məcburi köçkünlərin sosial rifahının, yaşayış səviyyəsinin yaxşılaşdırılması, iqtisadi gücümüzün bir ölkə kimi formalaşıb, artırılması, eyni zamanda, sosial yönümlü layihələrin davamlı şəkildə həyata keçirilməsi, həmçinin hərbi sənayemizin gücləndirilməsi, ölkəmizin silah ixrac edən ölkəyə çevrilməsi, beynəlxalq sferada söz çəkimizin daha da artması, infrasturukturumuzun təkcə paytaxtda deyil, eləcə də ölkənin ən ucqar rayonlarına kimi göz oxşayan olması, savadlı kadr potensialının çoxaldılması, turizm və tikinti sektorunun son dərəcə canlanması, regionlarımızın tərəqqisi ilə bağlı çoxsaylı layihələrin keçirilməsi, rayonlarımızda meyvə və tərəvəzçiliyin, bitkiçiliyin, üzümçülüyün, maldarlığın, pambıqçılığın, əkinçiliyin, tütünçülüyün, baramaçılığın - kənd təsərrüfatının dirçəldilməsi, ölkədə "Asan Xidmət brendinin yaradılması, "I Avropa Oyunlarının, "İslam Həmrəyliyi Oyunlarının, "Formula "1 yarışlarının - idman sahəmizin yüksək səviyyədə inkişaf etdirilməsi, mədəniyyət və incəsənətimizin dünya ölkələri içərisində təbliğ edilməsi, nüfuzlu musiqi festivallarının ölkəmizdə baş tutması, Heydər Əliyev Fondunun təsis edilməsi və onun nəticəsində çoxsaylı insanların xarici ölkələrdə müalicə etdirilməsi, beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili prosesinin həyata keçirilməsi, kosmik sənayemizin qurulması və nəticədə Respublikamızın kosmos qrupuna ən fəal üzv seçilməsi və sair məqamlar aiddir. Bu dövrün ən ümdə məsələsi 2016-cı ilin, aprel hadisələri oldu. Belə ki, ölkə rəhbərimizin yüksək səriştəsi, respublikamızın iqtisadi gücü, hərbi potensialı, vətənpərvər igidləri imkan verdi ki, qəsbkar düşmənlərimizə Azərbaycanın gücünü göstərsin. Məhz bunun məntiqi sonluğu olaraq dövlətimiz bu hadisələr zamanı böyük şücaət nümayiş etdirərək, düşmənə ağır zərbə vurmaqla yanaşı, həm də torpaqlarımızın müəyyən hissəsini geri qaytara bildi. Bu, Azərbaycan tarixində ən yadda qalan anlarındandır. Bu uğur Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin güclü siyasətinin, ölkəmizin iqtisadi gücünün, ordumuzun hərbi sənayesinin, vətənpərvər oğullarının sayəsində baş tutdu.
Bu və ya bu kimi çoxsaylı uğurlarımızın mənbəyi Ümummilli liderimiz Heydər Əliyev cənablarının 1994-cü ilin 20 senyabrında çox çətinliklər bahasına imzalamış olduğu Əsrin Müqaviləsinin nəticəsidir, məntiqi sonluğudur. Bütün uğurlarımızın adı məhz bu məqamdır. Əgər o dövrdə bu addımı görkəmli siyasətçimiz atmış olmasa idi, əlbəttə ki, bu gün respublikamızın yüksək inkişafından belə ağız dolusu danışa bilməzdik. Bu, bir daha bizlərə sübut edir ki, Ulu Öndərimizin müdrik siyasəti Azərbaycan sərhədlərinə sığmırdı. O, dünya şöhrətli, nüfuzlu siyasi xadim idi.
Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev Əsrin Müqaviləsinə yeni nəfəs verərək, 14 sentyabr, 2017-ci il tarixində çox mütərəqqi şərtlər əsasında yenilədi. Birinci müqavilənin məntiqli davamı olaraq yeni Əsrin Müqaviləsi bütövlükdə Azərbaycan dövlətinin, xalqının növbəti böyük zəfəri kimi tarixin yaddaşına həkk olundu. 2050-ci ilə qədər uzadılan yeni müqavilə ölkəmizin daha da güclənməsinə zəmin yaratmış oldu. Bu məsələ biz gənclərin inkişafına, ölkəmizin yeni uğurlar qazanmasına, dövlətimizin daha da tərəqqi etməsinə çox böyük inam qazandırdı.
Heç təsadüfi deyildir ki, xarici investorların Azərbaycana olan inamı, burada olan tam sabitliyin, əmin-amanlığın olması yeni müqavilənin bağlanmasına rəvac yaratdı. Əks halda, təbiidir ki, müqavilənin zamanı uzanmaya da bilərdi. Və nəticə etibarı ilə, dövlətimizin yüksək sürətli inkişafı ləngiyəcəkdi. Ancaq ölkə rəhbərimizin məqsədyönlü siyasəti nəticəsində, bu müqavilə ilə dövlətimizin son illərdə olan inkişafı daha da sürətlənəcək.
Qeyd etmək lazımdır ki, ilk müqavilənin zamanından artıq 23 il ötür. Bu dövr ərzində Respublikamızın hərtərəfli inkişafı danılmazdır. On illərlə öz müstəqilliyi uğrunda mübarizə aparan və ya inkişafını sürətləndirməyə çalışan müxtəlif ölkələrin heç biri dövlətimiz ilə müqayisə edilə bilməz. Çünki qeyri dövlətlərin uzun illər boyunca qazandığı uğurlarını biz cəmi 23 il kəsiyində qazanmışıq. Bu, sözsüz ki, Ulu Öndər Heydər Əliyevin dürüst siyasətinin və müasir zamanda isə Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin böyük fədakarlığının nəticəsidir.
Yeni müqavilənin dövrünə nəzər salsaq, görə bilərik ki, bu zaman 33 il təşkil edir. Bu statistik göstərici isə bizə ümid verir ki, ölkəmizin qazandığı bütün uğurların sayı daha da artacaq.
Təbii ki, bunun üçün biz gənclər də ölkədə aparılan məntiqli siyasəti tam olaraq dəstəkləməli, Möhtərəm Cənab Prezidentimizə və onun apardığı məqsədyönlü siyasətə tam arxalanmalıyıq. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan Respublikasını daim uca zirvələrdə görmək üçün əlimizdən gələni əsirgəməməliyik.
Murad Cənnətov