Rusiya xarici işlər naziri Sergey  Lavrovun Monqolustana rəsmi səfəri çərçivəsində  cins şalvar geyməsi diplomatik skandala səbəb olub.

Unikal.org Avropa.info-ya istinadən xəbər verir ki, Lavrov  monqolustanlı  həmkarının dəvəti ilə aprelin 14-də bu ölkəyə səfər edib. Lavrovun səfər zamanı cins şalvar geyinməsi Monqolustanda ciddi narazılığıa səbəb olub.

Monqolustanlı siyasətçi  Tsogtgerel  Lavrovun bu addımının ölkəsini aşağılamaq olduğunu deyib.

"İnsanların evdə geydikləri paltarlarıyla bir rəsmi ziyarətə gəlmək qəti şəkildə qəbul edilə bilməyəcək böyük bir hörmətsizlikdir. Lavrov bu davranışı ilə, Mongolistanı alçaltdığını açıqca göstərmiş oldu."

Səfərdən 5 gün keçməsinə baxmayaraq Lavrovun bu addımı Monqolustanda müzakirə olunur.