Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan "Şüvəlan Balıq Hisləmə Zavodu" ləğv olunub. 


Unikal.org bildirir ki, Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, zavod Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,  Kooperativ küçəsi 22 ünvanında yerləşir. 


Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.