Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanlı cinayət törətməkdə təqsirli bilinən Sumqayıt sakini Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Mürsəl Quliyevin bundan əvvəl törətdiyi cinayət əməllinin cəzasında ödənilməyən 6 ay cəza da üstünə gəlməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
 
Qeyd edək ki, hadisə keçən il noyabrın 9-da Sumqayıt avtovağzalının yaxınlığında baş verib. Mikravtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb. Bir-birilərinə xoşa gəlməz sözlər deyiblər. Mürsəl Quliyev bıçaqla sərnişini bıçaqlayıb. Ona Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib. Məhkəmə dövründə zərərçəkən Şahin Əliyev ifadəsində təqsirləndiriləndən şikayətçi olmadığını, ona qarşı söyüş söydüyünü deyib. Onu da qeyd edək ki,Mürsəl Quliyev 2014-cü il Sabunçu məhkəməsinin hökmü ilə 2 il 6 ay şərti cəza alıb.