Bakı Apellyasiya Məhkəməsində DSMF-in Yasamal rayon şöbəsinin hüquq müdafiəçisi Novella Cəfəroğluna qarşı birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesin qərarına görə DSMF-in şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilməyib.
Qeyd edək ki, hüquq müdafiəçisi N.Cəfəroğlu DSMF-nin Yasamal rayon şöbəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən N.Cəfəroğlu əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə tələb irəli sürüb. Məhkəmə hüquq müdafiəçisinin iddiasını təmin edib. Qərardan narazı qalan DSMF-nin Yasamal rayon şöbəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.