Bir neçə gün əvvəl Bakıda infakt keçirərək dünyasını dəyişən Aydın Novruzovun ölümündən bir müddət əvvəl döyüldüyü məlum olub.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, 1964-cü il təvəllüdlü Aydın Novruzov Aydın Bakıda yaşadığı evdə infarkt keçirib.
A.Novruzovun yaxınları bildirib ki, onların məlumatına görə iki nəfər tərəfindən döyülüb.
O döyüləndən sonra infakt keçirib. Xəstəxanaya yerləşdirilib, sonra dan dünyasını dəyişib.Meyit rayona aparılıb. Sonra araşdırmalara başlanılıb və meyit ekspertizaya göndərilib. Ekspertiza meyitin üzərində döyülmə əlamətləri aşkar edib. Onun ürəyi və boynunun arxasında zərb əlamətləri olub.
Yaxınları ailənin düşmənləri olub-olmaması və A.Novruzovu döyənlərlə bağlı əlavə məlumat vermək istəmədilər. Həmin şəxsləri özlərinin lazımı cəza verəcəklərini bildirdilər.