Gəncədə avtomobil piyadanı vurub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Kərimova Jalə Fizuli qızı yolu keçən zaman avtomobillə vurulub. Dərhal xəstəxanaya yerləşdirilən J. Kərimovanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.