MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən və kürəkəni, MTN şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanovun vəzifəsindən kənarlaşdırılmasından sonra, onun qudası Roman Əmircanov da bu gün "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsindən azad olundu.
Unikal.org xəbər verir ki, artıq MTN olaylarından sonra başı üzərində qara buludlar dolaşmağa başlayan bank sədri də bu gündən vəzifəsilə vidalaşmalı oldu.
Hüquq mühafizə orqanları tərəfindən Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında kömək edib-etməməsi ilə bağlı istintaq tədbirlərinin yekunlaşması ilə bağlı da məlumatlar dolaşmaqdadır. Bir müddət əvvəl Akif Çovdarov həbs edildikdən sonra isə "Dəmirbank"da Roman Əmircanovun qanunsuz əməlləri barədə Antikorrupsiya İdarəsinə informasiya ötürülüb.