Masallıda güclü külək səbəbindən yaşayış binasının dam örtüyü uçub, bir neçə avtomobil əzilib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində, 50 nömrəli binada qeydə alınıb. Güclü külək və yağış səbəbindən binanın dam örtüyü uçub.
Nəticədə orada avtomaşınlarını park edən sakinlərə məxsus 5-6 avtomaşına ciddi ziyan dəyib.
Bir neçə kənddə enerji verilişində qısa fasilələr olub. 
Hazırda rayonda güclü küləyİn yaratdığı digər fəsadlar barədə məlumat yoxdur.