Türkiyə Azərbaycan üçün ən yaxın ölkə olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin həllində kömək edə bilər.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin "Strategic Outlook" Beynəlxalq Araşdırma Mərkəzinin prezidenti Yusuf Çinar deyib.
Onun sözlərinə görə, Tehran isə münaqişənin həllinə müdaxilə etməyəcək və bu məsələdə neytrallığını saxlamağa meyillidir.
Ekspertin fikrincə, münaqişənin həllinin açarı Rusiyadadır: "Rusiya Ermənistanı inandırmaq və münaqişəni həll etmək istəsə, bunu bir gündə edə bilər, amma o bunu istəmir".