NATO və Rusiya arasında dərin və qalıcı anlaşılmazlıqlar var. Bu gün keçirilən toplantı da bunu dəyişdirmədi.
 
Rusiya beynəlxalq hüquqa uyğun davranmadığı müddətdə NATO üzvləri onunla əməkdaşlıq etməyəcək.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq Rusiya-NATO Şurasının yığıncağından sonra deyib.
 
Qeyd edək ki, bu gün Rusiya-NATO Şurası iki illik fasilədən sonra ilk yığıncağını keçirib.