Gözlənilənlərin əksinə olaraq neftin qiyməti bahalaşıb.
Unikal.org xəbər verir ki, dünya birjalarında Brent markalı neftin iyun fyuçersinin 1 barreli 45,51 dollara satılıb. Bu göstərici çərşənbə günü səhər qeydə alınmış rəqəmdən 1,48 dollar, yaxud 3,36 faiz çoxdur.
Ekspertlərin fikrincə, neftin qiymətinin hazırda müşahidə olunan artımı daha çox spekulyativ xarakter daşıyır və heç bir obyektiv amilə əsaslanmır.