Bakıda gənc oğlanı avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki,  yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Qala qəsəbəsində 1988-ci il təvəllüdlü Bağırov Nəsir Nurəddin oğlunu minik avtomobili vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.