Qoç - aktiv, enerji ilə zəngin sizə faydalı və çoxsaylı işləri görməyə imkan verən gündür. Müxtəlif yerlərdə olacaq, fərqli insanlarla görüşəcəksiniz. Təmasların ab-havası sakit, yaradıcı və dostyana olacaq. Gələcəkdə karınıza gələ biləcək unikal ideya yarana bilər. Azad nəfəs almağınıza imkan verən "təmizləmə" əməliyyatı aparın.
Buğa - sizin üçün mühüm dövrlərdən biridir. Günəş və Plutonun tutduqları mövqelər bundan xəbər verir. Mərhələ dəyişikliyi yaşanır. Önəmli işin birindən imtina edərək başqasına başlayaraq sizin üçün ən əhəmiyyətli olanı seçin.
Əkizlər - şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur. Günəş və Pluton sizin üçün tərəfdaşlıq müstəvisini fəallaşdırıb. Münasibətlərdəki problemlər sizi narahat edərsə, onları məhz indi həll edin. Əmlak, birgə mülkiyyətlə bağlı problem yarana bilər. Belə zamanda kim isə itirir, kim isə tapır.
Xərçəng - təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.
Köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın.
Şir - şərait sizdən güzəşt tələb edərsə, razılaşın. Hər şey bərpa olunacaq, yerini tapacaq. Bir sahədə uduzsanız, başqa sahədə mütləq önəmli irəliləyişə nail olacaqsınız. Alış-verişdə simiclik etməyin.
Qız - münaqişələr qaçılmazdır. İctimai fəallığı gərəkli minimum səviyyəsinə endirin. İşlə məşğul olun. Fiziki iş daha məsləhətdir. Ətrafınızda qayda yaradın. Axşam saatlarında əhvalınız daha nikbin olacaq. Yeni hadisəyə və görüşə hazırlaşın. Tənhalıq, bir qədər tək qalmaq faydalıdır. Tənha olduğunuz saatları zənginləşdirə bilərsiniz.
Tərəzi - planların pozulmasını emosional qarşılamayın. Kimsə diqqətinizi yayındıra bilər. Günün ilk yarısında dostlarla planlaşdırılmamış görüş və ya tanışlarla problemin həlli mümkündür. Təcili çözüm tələb edən çətinlik yarana bilər. Yaxın ətrafınızdakı insanlarla rəvan, sakit münasibətlər qurun.
Əqrəb - rəvan olmayan, həyəcanlar və emosiyalarla dolu gündür. Təxminlənməyən, qəfil hadisələrin sayını minimuma salın. Riskə getməyin, oraqnizminiz üçün ifrat yük ola biləcək heç nə etməyin. Günün ilk yarısında təmaslar zamanı təmkinli və sakit olun.
Oxatan - çətin, güclü emosiyalar günüdür. Çətinlikləri yeni imkanların carçısı hesab edin. Situasiyaya fərqli baxın və ola bilər ki, ən mürəkkəb vəziyyətdə sərfəli məqamlar tapasınız.
Güzəştə getməyi bacarın, cavab reaksiyasını gözləməyin.
Oğlaq - təmkinl davranış münasibətləri tənzimləməyin ən yaxşı yoludur. Evdə qayğılar arta bilər. Qonaq gələcək, dəvət alacaqsınız. Səhər saatlarında görəcəyiniz işləri müəyyənləşdirin, axşam saatlarında isə istirahət edin, əylənin. Fiziki iş məsləhətdir, amma özünüzü çox yormayın.
Dolça - işlə bağlı məsələlərin sizi narahat edəcəyinə hazır olun. Bu gün virtual və ya real görüşləri müəyyənləşdirin. Görüşü axşam saatlarına qədər təxirə salın. Günün ilk yarısında münasibətlərin aydınlaşdırılması planları poza bilər.
Axşam saatlarında havanızı dəyişin, gəzintiyə çıxın.
Balıqlar - mühüm situasiya böhran mərhələsinə daxil ola bilər. Batini dəyərləndirmədə fərqli vəziyyət yaranacaq. Ətrafınızda dəyişən şərtlərə, özü barədə məlumat vermək istəyənə, gələn xəbərlərə diqqət yetirin. Əgər kimsə səbr kasınızı daşdırmağa çalışırsa, reaksiya verməyə tələsməyin. Axınla hərəkət edin, hər şey yaxşı ola bilər.
milli.az