Sabirabadda evdə partlayış baş verib.
Unikal.org-un məlumatına görə, rayonun Qasımbəyli kəndində 1961-ci il təvəllüdlü Qismətəli Fəyyaz oğlu Əsgərov evdə qaz cihazında siqaret yandırmaq istəyərkən qəfildən partlayış olub. Nəticədə Q. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.