Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki,  Bakı-Quba yolunun 23-ci kilometrliyində "Ford" markalı mikroavtobus yolu keçməyə çalışan 30-32 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.