Şirvanda 9 yaşlı uşaq kanala düşərək boğulub.
Unikal.org apa-ya istinadən məlumatına görə, aprelin 20-də axşam radələrində Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlu ərazidən keçən Baş Şirvan kollektoruna düşüb.
 
Hazırda uşağın meyitinin axtarışları Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupu tərəfindən axtarılır.
 
Ş. Əhmədov Şirvan şəhər 11 saylı orta məktəbin 2-cü sinfində oxuyurdu.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.