Fəaliyyəti və təyinatı baxımından biri-birinə yaxın qurumların birləşdirilməsi demək olar ki, bütün sahələri əhatə edir. O cümlədən də təhsil sahəsini...
Azərbaycan Müəllimlər İnstitutunun müəllim hazırlayan Azərbaycan Pedaqoji Universitetinə birləşdirilməsi bu istiqamətdə atılan addımların başlanğıcı idi.
Unikal.org xəbər verir ki, Modern.az saytının məlumatına görə, bunun davamı kimi yaxın zamanlarda Bakı Slavyan və Azərbaycan Dillər universitetləri birləşdiriləcək.
Keçmiş təhsil naziri Firudun Cəlilov Modern.az-a açıqlamasında bildirib ki, siyasi baxımından həmin universitetlərin birləşdirilməsi məqsədəuyğun deyil.
Təhsil eksperti bunu ermənilərin əleyhinə işləyəcək vacib fakt kimi dəyərləndirib.
"Bu gün Ermənistanda rus məktəbi yoxdur, bizdə hətta rus-Bakı Slavyan Universiteti də var. Siyasi baxımdan manevr etmək üçün bu, lazımdır.
Amma gələcəkdə bunlar birləşməli və bir universitet olmalıdır. Birmənalı olaraq bu fikri dəstəkləyirəm. Bizdə balaca-balaca və heç bir əhəmiyyəti olmayan bir neçə universiteti birləşdirmək lazımdır".