İsarilin Qüds şəhərində yerləşən Şərq Tərəfdaşlığı İnstitunun prezidenti Avraam Şmuleviç Ermənistanın cəbhədə yaranan son gərginliklərdən dolayı Qarabağa dünyanın müxtəlif ölkələrindən terrorçular dəvət etdiyini bildirib.

Unikal.org xəbər verir ki, bu barədə israilli politoloq day.az-a açıqlaması zamanı deyib.


"Ermənistan hakimiyyəti erməni diasporunun gücündən isitfadə edir. Diaspor şəbəkəsi isə bir neçə mənbədən, o cümlədən mütəşəkkil cinayətkar dəstələrin maliyyəsindən formalaşır. Bundan əlavə, türklərə qarşı hücum aktları törədən hərbləşdirilmiş dəsətlər də mövcuddur. Bu dəstələr tarxini XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiya və Osmanlı imperiyasında terror hücumları gerçəkləşdirən "Daşnaksütyun" partiyasından tutmuş 90-cı illərdə gürcülərə qarşı Abxaziyada etnik təmizləmə aparan "Baqramyan batalyonu"na qədər götürür.

Şmuleviçin fikrincə, hazırda erməni terror qruplarının üzvləri Qarabağa toplaşıb.

"Qarabağa gələn erməni terrorçularının bir qismi "KQB"nin təlimlərini keçmiş professioanl qatillərdir. Ermənistanda hələ Sovet vaxtı "KQB"nin nəzarəti altında diasporla əlaqə institutları var idi. Şübhə yoxdur ki, ermənilər bu terror şəbəkəsini və müxtəlif ölkələrdə olan diasporunun gücünü Qarabağdakı döyüşlərdə istifadə edəcək"