Ağdaşın Aşağı Nemətabad kəndində kərpic daşıyan "Kamaz markalı yük maşını quyuya düşərək aşıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə su xətti çəkilişi ilə əlaqədar kənd yollarında qazma işi aparan təşkilatın sürücülər üçün xəbərdarlıq nişanı qoymaması səbəbindən baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.