İsmayıllı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Sərsurə kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin, bitişik sahəsi 70 m² olan talvarın, sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı sahəsi 70 m² olan tövlənin dam örtüyü və damına yığılan 8 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.