3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub.

"Unikal" xəbər verir ki, yığma bu raundda Niderlanda uduzub - 8:21.

Komanda bu gün 1/4 finalda Rumıniyaya qalib gəlib - 18:15.

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippini üstələyib - 21:14.