Dünyada əsas valyuta hesab edilən ABŞ dollarının üzərində ilk dəfə olaraq qaradərili şəxsin şəkilinin olması məsələsi gündəmə gəlib.
 
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, quldarlığa qarşı böyük mübarizə yolu keçmiş məşhur hüquq müdafiəçisi Harriet Tubmanın portretinin 20 dollarlıq əskinasların üzərinə həkk edilməsi planlaşdırılır.
 
H.Tubman 1820-ci ildə bir qul kimi dünyaya gözə açıb və daha sonra öz azadlığını əldə edib. O, vətəndaşlıq hüququ aldıqdan sonra daha 70 qulun həyatını xilas edib.