Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Binə qəsəbəsi, Atçılıq sovxozu kimi tanınan ərazidə yaşayan 1960-ci il təvəllüdlü Ağayev Hidayət Şura oğlu evin həyətyanı sahəsində iş görən zaman ehtiyatsızlıqdan elektrik mişarı sağ ayağının bud nahiyəsini kəsib.

Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.