Prezident İlham Əliyev  "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" fərman imzalayıb. 
 
Unikal.org-un məlumatına görə, fəmranda deyilir: 
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 93-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477) 2-ci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə olunsun:

"həmin Qanunun 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir."".