Bakının Nərimanov rayonunda zəncirvarı qəza baş verib.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 15:00 radələrində rayonun Koroğlu Rəhimov küçəsində baş verib.

Belə ki, qəzada "VAZ-2104, "VAZ-2107, "Volkswagen Touareg və "Honda Accord markalı minik avtomobilləri toqquşub. Ərazidə böyük tıxac yaranıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.