Bakıda marşrut avtobusunda xuliqanlıq hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Zirə qəsəbəsi ilə metronun "Koroğlu stansiyası arasında sərnişindaşıma ilə məşğul olan 150 saylı xətt avtobusunda Sadiq adlı şəxs 26 yaşlı Aytən Məmmədovanı döyərək, ona xəsarətlər yetirib. Digər sərnişinlərin müdaxiləsi ilə qızı həmin şəxsin əlindən almaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.