Bakı-Gəncə avtomobil yolununda avtomobil aşıb.
 
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. "VAZ 2107" markalı avtomobilin aşması nəticəsində bir sərnişin hadisə yerində ölüb. Sürücü və başqa bir sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardm xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya verilən xəbərə görə, xəsarət alanlar Gəncə şəhər sakinin 1994-cü il təvəllüdlü  Arzu Musayev və 1985-ci  il təvəllüdlü  Ələsgər Məmmədovdur.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.