Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
 
Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir. 
Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.