İran ABŞ-dakı 2 milyard dollarlıq aktivlərinin oğurlandığını açıqlayıb.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabir Ənsari İran aktivlərinin oğurlanmasının qəbuledilməz olduğunu bildirib.
 
"Bu, tamamilə qəbuledilməzdir. Bu oğurluqdur. Biz bu hərəkəti ittiham edirik", — Ənsari qeyd edib.
 
Qeyd edək ki, ABŞ Konqresi 1983-cü ildə Livanda hərbçilərinin həlak olmasına görə İranı ittiham edir. Bu səbəbdən dolayı, İranın 2,5 milyard dollarlıq aktivləri dondurulub və Konqres kompensasiya ödəmələri haqqında qanunu qəbul edib.